Göbələk şorbasının hazırlanması

Həm yay aylarında, həm də qışda sevə-sevə yeyəcəyiniz şorbalardan biri də qaymaqlı göbələk şorbasıdır.

Metbuat.az şorbanın hazırlanma prosesini təqdim edir.

Lazım olan ərzaqlar:

200 qram xırda doğranmış göbələk

200 qram qaymaq

1 ədəd sürtgəcdən keçirilmiş quru soğan

5-6 stəkan qaynamış su

3 yemək qaşığı un

3 yemək qaşığı duru yağ

1 yemək qaşığı yarım kərə yağı

1 ədəd qənd

1 çay qaşığı qara istiot

1 çay qaşığı duz

Hazırlanması:

Qabın içərisinə sürtgəcdən keçirilmiş soğanları töküb qızardın. Daha sonra dilimlənmiş göbələkləri də əlavə edib qovurmağa davam edin. Göbələk suyunu çəkənə qədər davam edin. Ardınca 5 və ya 6 stəkan qaynamış su əlavə edib şorbanı qaynamağa buraxın. Ayrı bir qaba kərə yağı və unu töküb qovurun. Qovrulan unun içərisinə qaymaq əlavə edin və taxta qaşıqla qarışdırın. Sonra göbələkli şorbanın suyundan unlu qarışığa əlavə edin. Unlu qarışığı təkrar qaymaqlı göbələkli şorbanın içərisinə tökün və çırpmağa davam edin. Son olaraq, yeməyin içərisinə qənd, duz və qara istiot əlavə edib qarışdırın. Şorbanı 15 dəqiqə aşağı atəşdə dəmləməyə buraxıb daha sonra servis edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Pomidor souslu makaron -RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)