Malayziyanın paytaxtı Kuala-Lumpurda məktəbdə güclü yanğın baş verib.
APA-nın “thestar.com.my” saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 25 şagird və müəllim həyatını itirib.
Məlumata əsasən, dini məktəbdə yanğın yerli vaxtla saat 05:00 radələrində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Məktəbdə baş verən yanğının səbəbi hələ ki, məlum deyil.