“Ümid” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

“Ümid” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
11:37 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ İşlənmənin əvvəlindən (2012-ci il) Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 1, 517 mlrd. kubmetr qaz və 237 min ton kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi qəzetdə bildirib.
Onun sözlərinə görə, hazırda bu yataqda 10 və 14 nömrəli iki quyu işləyir: “Ümid” yatağının işlənilməsi çərçivəsində burada 4 yeni özülün quraşdırılması, bu özüllərdən 19 istismar quyusunun qazılması layihəsi üzərində iş gedir”.
Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.
Bu il yanvarın 12-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb. Müqavilə mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR