Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib
15:52 26 Sentyabr 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib. 
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhəri Nizami rayonunda yerləşən Kimya-bilogiya Təmayüllü Respublika liseyinin müəllim vəzifəsində işləyən respublikanın əməkdar müəllimi Həcər Sadıxova çalışmanın yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.
Qeyd edək ki, H.Sadıxovanın moderator.az saytında yer almış məktubunda heç bir qanuni əsas olmadan işdən çıxarıldığını bildirib. O, bu işdə məktəb rəhbərliyini günahlandırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-emekdar-muellimin-isden-cixarilmasina-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR