Azərbaycanda əhali 24.8 milyard manatı ərzaq, içki, tütün və daha nələrə xərclədi?

Azərbaycanda əhali 24.8 milyard manatı ərzaq, içki, tütün və daha nələrə xərclədi?
20:37 16 Oktyabr 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 24 milyard 800,8 milyon manatlıq məhsul satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, pərakəndə ticarət şəbəkəsində 12 milyard 556,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 244,7 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Xidmət subyektləri tərəfindən 5 milyard 979,4 milyon manatlıq ödənişli xidmət göstərilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,8 faiz artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/590827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR