Xarici ölkələrdəki səfirlik və konsulluqlarımızın ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib

Xarici ölkələrdəki səfirlik və konsulluqlarımızın ticarət nümayəndələrinə təminatların verilməsi qaydası təsdiqlənib
23:32 16 Oktyabr 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”ni, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin aparatının nümunəvi strukturu”nu təsdiq edib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Baş nazirin digər qərarına əsasən, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası” da təsdiq olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/xarici-olkelerdeki-sefirlik-ve-konsulluqlarimizin-ticaret-numayendelerine-teminatlarin-verilmesi-qaydasi-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR