İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb

İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb
17:12 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ İraqın şimalındakı Kürd Muxtar Əyalətindən Türkiyənin Ceyhan limanına nəql edilən xam neftin gündəlik həcmi 3 dəfə azalıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, yerli muxtariyyətin hökuməti sentyabrın 25-dək Ceyhan limanına gündə təxminən 500-600 min barel neft ixrac edirdi.  
Məlumata görə, hazırda Kərkük-Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi 225 min barelə qədər azalıb. 
İnformasiyaya əsasən, İraqın şimalındakı yerli hökumət xərclərinin 90 faizini neft gəlirinin hesabına ödəyir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-raqin-simalindan-ixrac-edilen-neftin-hecmi-3-defe-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR