“Allahım! Səndən Sənə sığınıram” deyə bir dua varmı?

“Allahım! Səndən Sənə sığınıram” deyə bir dua varmı?
22:42 19 Oktyabr 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, bəli, Rəsulullah əleyhissəlamın belə dua etdiyi rəvayət edilir:

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَأَعُوذُ بِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ وَأَعُوذُ بِكَ مِنْكَ

"Allahım! Qəzəbindən rizana, cəzandan əfvinə və Səndən yenə Sənə sığınıram..." (Müslüm, "Salat", 222.)

Biz, Allahın qulları olaraq, görməli olduğumuz işləri görmədiyimizdən və etməməli olduğumuz bir işi etdiyimizdən ötrü Allahın qəzəbinə/cəzasına düçar ola bilərik. Allahın bu qəzəbindən bizi qurtaracaq olan başqa bir məqam ya da hər hansı bir şəxs də yoxdur. Bu vəziyyətdə təkcə Onun mərhəmətinə sığınaraq, bizi əfv etməsini, bağışlamasını istəyə bilərik. Elə bu, Ondan yenə Ona sığınmaq deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR