Sankt-Peterburqda zərgərlik mağazasını yarmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar

Sankt-Peterburqda zərgərlik mağazasını yarmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar
13:02 20 Oktyabr 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Sankt-Peterburq hüquq-mühafizə orqanları əməkdaşları zərgərlik mağazasını yarmaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıb.
"Report" "İqtisadiyyat bu gün" nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Sankt-Peterburqda qanunsuz olaraq yaşayan Azərbaycan vətəndaşları soyğunçuluqda şübhəli bilinən qruplaşma üzvləridirlər.
Cinayətkar qruplaşmanın 4 üzvü dünən gündüz vaxtı saxlanılıb, onlardan 2-si azərbaycanlıdır.
Onlar satıcılarına tapança ilə hədə-qorxu gəlib, 2 palet qızıl-zinət əşyalarını oğurladıqları "585 Gold" zərgərlik mağazasına hücum etməkdə şübhəli bilinirlər. Eyni zamanda, qruplaşma üzvlərini çöldə gözləyən avtomobilin sürücüsü də saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sankt-peterburqda-zergerlik-magazasini-yarmaqda-subheli-bilinen-azerbaycanlilar-saxlaniliblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR