Kiçik və orta sahibkarların NƏZƏRİNƏ - Güzəştlər gözlənilir

Kiçik və orta sahibkarların NƏZƏRİNƏ - Güzəştlər gözlənilir
12:05 21 Oktyabr 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökuməti kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması imkanını nəzərdən keçirir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, güzəştlər əsasən mənfəət və gəlir vergilərinə şamil olunacaq: "Yeni güzəştlər bu vergilərdən qismən və müəyyən müddətə azad edilməni nəzərdə tutur. Hələlik kiçik və orta biznes subyektlərinin vergilərdən tam azad olunması barədə söhbət getmir".

Eyni zamanda mənbə qeyd edib ki, kiçik və orta sahibkarlığa dəstək verilməsi ilə bağlı müxtəlif təkliflər hökumət tərəfindən nəzərdən keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR