Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi
15:51 6 Aprel 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış bəstəkarı dünyasını dəyişib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, aprelin 3-də Nəriman Məmmədovu insult vurmuşdu. Həmin gündən bəri tanınmış bəstəkar nə danışa, nə də qidalana bilirdi.

Xalq artisti ilə vida mərasimi sabah saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq.

Nəriman Məmmədov II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvanda doğulub.

Onun “Humay”, “Şeyx Sənan” baletləri, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyaları, yeddi simfoniya və bir neçə simfonik poemanı yazıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR