100 yaşlı nənə rekord qırdı (FOTO)

100 yaşlı nənə rekord qırdı (FOTO)
17:01 6 Aprel 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

100 yaşlı yapon qadın Ginnesin rekordlar kitabına düşüb. ANS PRESS-in məlumatına görə, Mieko Naqaoka 100 yaş və yuxarı kateqoriyada sərbəst üsulla 1,5 km üzərək bu rekorda imza atıb. Qadın bu qədər məsafəni 1 saat 16 dəqiqəyə qət edib.

Naqaoka 105 yaşına kimi üzmək niyyətində olduğunu açıqlayıb. "Ümid edirəm bu yaşa kimi qalacağam".
Mieko ötən il - 99 yaşında olarkən də yarışda iştirak etmişdi.

Qeyd edək ki, təqaüdçü qadın öz kateqoriyasında yeganə yarışmaçı olub. Mieko üzgüçülüklə bir neçə il öncə məşğul olmağa başlayıb. Həkimlər ona bunun əzələlər üçün faydalı olduğunu deyiblər. Bir müddət sağlamlığı üçün idmanla məşğul olan qadın sonradan intensiz məşqlərə başlayıb və rekorda imza atıb.

Miekonun dünyanın ən yaşlı adamı adına layiq görülən həmyerlisi bir neçə gün öncə 117 yaşında ölüb. İndi dünyanın ən yaşlı insanı ABŞ-da yaşayır. Onun 116 yaşı var.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=336157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR