Mübariz Qurbanlı: Milli-mənəvi dəyərlərimizi qorumaq üçün dini maarifləndirməyə xüsusi diqqət yetirməliyik

18:08 6 Aprel 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik. Bölgələrdə keçirdiyimiz konfransların, görüşlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 6-da Zaqatala şəhərində işə başlayan “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda növbəti regional konfransda jurnalistlərə müsahibəsində deyib.
Komitə sədri bildirib ki, iki gün davam edəcək konfransda İslam dininin ənənəvi dəyərlərindən söhbət açılacaq, dövlət-din münasibətləri və hazırki şəraitdə din sahəsində həyata keçirilən siyasət barədə geniş müzakirələr aparılacaq. Konfrans çərçivəsində, həmçinin bölgədə fəaliyyət göstərən din xadimləri və ziyalılarla görüşlərin keçirilməsi də nəzərdə tutulur. Aprelin 7-də zaqatalalı gənclərin, dinşünas və ilahiyyatçı alimlərin iştirakı ilə keçiriləcək “dəyirmi masa”da isə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
M.Qurbanlı belə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mubariz_Qurbanli_Milli_menevi_deyerlerimizi_qorumaq_uchun_dini_maariflendirmeye_xususi_diqqet_yetirmeliyik-843950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR