Play Store

Səudiyyə Kralı vəzifəsini vəliəhdinə təhvil verir

Səudiyyə Ərəbistanında noyabrın əvvəlində başlayan korrupsiya əməliyyatından sonra vəzifə dəyişikliyi olacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə İngilis “Daily Mail” qəzeti kral ailəsinə yaxın mənbənin verdiyi məlumata əsasən xəbər yayıb. İddiada bildirilir ki, Kral Salman gələn həftə vəzifəni vəliəhdi, 32 yaşlı Şahzadə Muhamməd bin Salmana təhvil verəcək. Xəbərdə bildirilir ki, Kral Salman simvolik rəhbər olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 4 noyabrdan başlayan korrupsiya əməliyyatı bütün dünyada böyük səs-küyə səbəb olub. Əməliyyata 32 yaşlı vəliəhd Şahzadə Muhamməd bin Salman başçılıq edirdi. O, eyni zamanda yeni yaradılan anti-korrupsiya komissiyasına da rəhbərlik edir.

Səudiyyə hökumətinin açıqlamasına görə, əməliyyat zamanı 208 nəfər tutulub ki, onlardan da 7-si daha sonra sərbəst buraxılıb. Açıqlamada bildirilir ki, ən az 100 milyard dollar korrupsiya və mənimsəmə yolu ilə sui-istifadə edilib.

Günay Elşadqızı / METBUAT.AZ

“Onların fəaliyyəti Azərbaycanın maraqlarına xidmət etmir” - Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR