Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qarşılaşmaları üç müxtəlif vaxtda baş tutacaq.

Qazaxıstanda keçiriləcək “Astana” – “Vilyarreal” matçı ilə başlayacaq turadək 5 komanda adını 1/16 finala yazdırıb. Bunlar Kiyev “Dinamo”su, “Latsio”, “Styaua” “Zenit” və “Arsenal”dı. Təl-Əviv “Makkabi”si, “Vardar” və “Everton” isə artıq qrupdan çıxmaq şanslarını itirib.

Bugünkü görüşlər bu siyahıları daha da genişləndirə bilər. 19 komanda 1/16 finala vəsiqəni bu turda rəsmiləşdirməyə yaxındı.

A qrupunda üz-üzə gələn “Vilyarreal”la “Astana”nın hər ikisi növbəti mərhələ sevinci yaşaya bilər. Bu, “Slaviya”nın qrupda qalması ilə nəticələnəcək.

B qrupunda Kiyev təmsilçisinin ardınca ikinci vəsiqəni ələ keçirməyə iddialı olan “Partizan” “Yanq Boyz”la “Skenderbeu”nu qrupda saxlamaq imkanına malikdi. C qrupunda “Lüdororets”lə “Braqa” xoşbəxtlər siyahısına düşməyin bir addımlığındadı. Qonşu Türkiyə “Başakşəhər”i qalib gələ bilməsə, son tur onlar üçün formallığa çevriləcək.

Evdə oynayacaq “Milan” və AEK D qrupunda ilk iki yeri indidən rəsmiləşdirə bilər. E qrupunun liderlərindən “Lion” öz, “Atalanta” rəqib meydanında istəyini gerçəkləşdirməyə çalışacaq.

“Kopenhagen”lə “Şerif” F, “Viktoriya” G, “Srvena Zvezda” H qrupunda 1/16 finala yüksəlməyə yaxındı. İ qrupunda çıxış edən Türkiyə “Konyaspor”unun durumu isə ürəkaçan deyil. Qonşu ölkə təmsilçisi evdə “Marsel”ə uduzsa, qrupda qalacaq. Fransa klubu isə “Zalsburq”la birlikdə mərhələ adlamaq imkanından yararlanmaq əzmindədi.

J qrupunun liderləri “Ostersun”la “Zarya” arasında matçın qalibi də qrupdan çıxa bilər. İsveçlilər 3 xalla, qonaqlar isə təkcə qələbə deyil, həm də “Atletik”in büdrəməsi ilə buna nail olacaq. “Nitsa” K qrupunda, “Real Sosyedad” L qrupunda ikinci vəsiqəni təmin edə bilər. Fransa klubuna qələbə, sonunculara heç-heçə də kifayətdi.

Avropa Liqası

Qrup mərhələsi

V tur, 3 noyabr

G qrupu

22:00. “Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya)

22:00. “Luqano” (İsveçrə) - “Hapoel” (Beyer-Şeva, İsrail)

1.

Styaua

4

3

1

0

8-3

10

2.

Viktoriya

4

2

0

2

9-8

6

3.

Hapoel

4

1

1

2

5-7

4

4.

Luqano

4

1

0

3

6-10

3

H qrupu

22:00. “Köln” (Almaniya) – “Arsenal” (İngiltərə)

22:00. BATE (Belarus) - “Srvena Zvezda” (Serbiya)

1.

Arsenal

4

3

1

0

8-3

10

2.

Srvena Zvezda

4

1

2

1

2-2

5

3.

BATE

4

1

1

2

6-10

4

4.

Köln

4

1

0

3

6-7

3

İ qrupu

22:00. “Zalsburq” (Avstriya) - “Gimaraynş” (Portuqaliya)

22:00. “Konyaspor” (Türkiyə) - “Marsel” (Fransa)

1.

Zalsburg

4

2

2

0

4-1

8

2.

Marsel

Türkiyə Klubları Çətin Sınaq Qarşısında

Müəllif Metbuat.az
Qaynar xətt 0552252950
Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda araşdırıldı
Həmçinin oxu

Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda araşdırıldı

news.lent.az

DİGƏR XƏBƏRLƏR

Daha çox »