Həmkarlar İttifaqının üzvü olmayan təşkilatlar işçilərdən ittifaqa üzvlükhaqqı çıxa bilməyəcək

Həmkarlar İttifaqının üzvü olmayan təşkilatlar işçilərdən ittifaqa üzvlükhaqqı çıxa bilməyəcək
16:47 24 Noyabr 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Həmkarlar İttifaqının üzvü olmayan təşkilatlar işçilərdən ittifaqa üzvlükhaqqı çıxa bilməyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Həmkarlar ittifaqları" haqqında qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 20-ci maddəsinin 2-ci hissəsində "işəgötürən" sözündən sonra "həmkarlar ittifaqının üzvü olan" sözü əlavə edilir.

Dəyişikliyə əsasən yalnız həmkarlar ittifaqına üzv olan təşkilatlar üzvlükhaqqı yığıb ödəyə biləcək. Üzv olmayan təşkilatlardan üzvlük haqqının yığılması məcburi olmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/602311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR