Yeniyetmələr arasında depressiya və intihar halları bu səbəbdən artıb

ABŞ-da bir neçə il aparılan tədqiqatlar göstərib ki, 2010-2015-ci illərdə yeniyetmələr arasında depressiya və intihar halları artıb.

Metbuat.az-ın məlumatına görə, bu müddət ərzində intiharların sayı 23 faiz, 13-18 yaş qrupu uşaqlar arasında isə 31 faiz artıb.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, intiharların və depressiya hallarının artması smartfonların və sosial şəbəkələrin yayılması ilə sıx bağlıdır.

Belə ki, gündə 5 saatdan çox vaxtını smartfonla və ya sosial şəbəkədə keçirən yeniyetmələr bir saatdan az vaxt keçirən yeniyetmələrə nisbətən 71 faiz daha çox depressiyaya meyillidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR