"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Rizvan Cavad oğlu Əliyev qardaşı tərəfindən döyülərək xəstəxanalıq olub. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağırdır.
Məlumatlara görə, davaya səbəb hər iki qardaşın arvadları olub. Belə ki, arvadlar arasında yaranan mübahisə qardaşlar arasında davaya çevrilib. Mübahisə edən qadınları aralamaq istəyən qardaşlar daha sonra özləri əlbəyaxa olublar.
Faktla bağlı araşdırma aparılır.