Narkomaniyadan əziyyət çəkənlərin icbari müalicəsi üçün tibb müəssisələrinin sayı yetərli deyil.

Publika.az xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisdə Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, belə xəstələrin müalicəsi vacibdir:

“Elələri var ki, narkotik maddənin iki-üç dəfə istifadə edib və təcrübəli narkoman deyillər. Bu şəxslər evlərdə də müalicə oluna bilər. Onların tibb məntəqəsində yerləşdirilməsi elə azadlıqdan mərhumetmək deməkdir. Fikrimcə, belə müəssisələrə ağır xəstələr yerləşdirilməlidir”.

Gülxar