Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi ilə əlaqədar Yeni il yolkasının şəhər mərkəzinə çatdırılması ləngiyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yolka Sofiya meydanına yerli vaxtla saat 12:30-da çatdırılmalı olsa da, həmin saatlarda M.Saakaşvilinin saxlanması ilə əlaqədar iğtişaşlar başlamışdı.

Hazırda M.Saakaşvili tərəfdarlarının Ali Rada qarşısında etirazları davam edir.

Yolkanın mərkəzi meydana çatdırılması üçün polisin icazə verməsi gözlənilir.

Milli.Az