İçərisində hərbçilərimiz olan avtomobil qəzaya düşdü

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonuna gedən kəsişmə nöqtəsində iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5-i yaralanıb.

Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir xəstəxanasında dünyasını dəyişib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.//Report

Bakıda tikilməkdə olan bina uçdu - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR