Azərbaycanın əsas yolkasının qurulmasına başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, ölkənin əsas yolkası paytaxtın Neftçilər prospektində, Dövlət Kukla Teatrının arxasında qurulacaq.

Ə.Bağırov deyib: "Atıq yolkanın qurulmasına başlanılıb. Yolkanın hündürlüyü 35 metr olacaq. Yolkanın qurulması işləri başa çatmaq üzrədir. Dekabrın 15-dən ölkənin əsas yolkası paytaxtda fəaliyyətə başlayacaq".

Milli.Az