Züqanov: Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir

Züqanov: Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir
19:37 18 Dekabr 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Moskva-Bakı" portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.

G.Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: "Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır".

Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: "Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir".

O, həmçinin Rusiya-Azərbaycan-İran formatının potensialından da danışıb: "Hesab edirəm ki, Rusiya-Azərbaycan-İran formatı özünü dayanıqlı və səmərəli göstərək. Bizim bir çox istiqamətlərdə yaxşı perspektivlərimiz var. Bu, istehsalatın inkişafı, neft-qaz sənayesi və Xəzər dənizinin sərvətlərindən istifadə olunmasına aiddir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/609153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR