Buzlu yolla əlaqədar olaraq ABŞ-ın Miçiqan ştatının cənub-qərbində 150 maşın toqquşub.
ANS PRESS-in məlumatına görə, yol qəzası zamanı 1 nəfər həyatını itirib, daha bir neçə nəfər ciddi xəsarət alıb.
Qeylsberq şəhərciyinin şossesində baş verən hadisənin səbəbi çətin hava şəraiti olub. Maşınlar yolun buzlaşması və görüntünün zəifləməsi nəticəsində ardıcıllıqla biri-birinə toqquşub. Bəzi maşınlar eləcədə fişəng və digər partlama təhlükəli materiallar daşıyan 2 yük maşını yanıb.
Yol qəzası baş verən əraziyə çoxlu sayda yanğınsöndürən və tibb işçiləri cəlb edilib.