Yeni İlqabağı bir neçə nəfər mərkəzi restoranlardan birinə daxil olaraq hər yeri dağıdıb.
Publika.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə Şaxta Baba paltarında olan naməlum şəxslər restorana daxil olaraq məkanı alt-üst ediblər.
Məlumata görə, şəxslər silahlı olublar. Silahları məkana papaqların altında keçirən şəxslər hər tərəfə atəş açıblar.
Hazırda bayram yarmarkalarının qurulduğu məkanlarda, yolka kənarında dayanan Şaxta babalar ciddi şəkildə yoxlanılır.
Könül Cəfərli