Saçlar bir gecədə necə ağarır? - BUNA İNANMAQ OLMUR

Kapitan Pilot Eric Moody 1982-ci ildə Kuala Lumpurdan Pertə uçuş əsnasında təyyarənin dörd mühərrikinin birdən dayandığına görə, Cakarta hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.

Bütün bu müddət ərzində o heç nədən qorxmasa da, altı ay sonra saçlarına dən düşüb. Cəmi bir il sonra isə bütün saçı ağarıb.

Bu yeganə hal deyil. Məsələn, Fransa kraliçası Marie Antoinette 37 yaşında olanda gilyotinlə edam edilib. Edama bir gün qalmış kraliçanın saçları tamamilə ağarıb. Məşhur ingiltərəli vəkil Tomas Morun da saçı bir gecədə ağarıb. 1535-ci ildə, edamdan əvvəl...

Azərbaycanda da belə halların olduğu danışılır. Bu əhvalatlardan ən məşhurları bir kişinin 24 saat liftdə qalması və bir qadının ərinin xərçəng olduğunu öyrənməsi ilə bağlıdır. Hər iki şəxsin saçı bir neçə saat içində ağarıb.

Bəs elm nə deyir? Saçın bir gecədə ağarması mümkündürmü?

Alimlərin fikrincə, belə hallar ən çox stress və qorxudan yaranır. Bəzi hallarda isə saçların sürətlə ağarmasına immunitet çatışmazlığı səbəb olur.

Alimlər siçanlar üzərində aparılan araşdırmalarda bu nəticəyə gəliblər: Melanin yaradan hüceyrələr hidrogen peroksid də istehsal edir və bu "katalaz" adı verilən bir ferment tərəfindən parçalanır. Lakin yaş irəlilədikcə, bu fermentin miqdarı azalır və hidrogen peroksid yığılması melanin istehsalına mane olur.

Qəflətən saç ağarmasına tibbdə “canities subita” da deyilir. Əslində saç rəngini dəyişdirmir, rəngli olan saçlar tökülür. “Alopesia arieta” adı verilən xəstəlik birdən saç tökülməsinə və keçəlliyə gətirib çıxarır. Bədənin immunitet sisteminin yaratdığı reaksiya kimi sayılır, bədən özünə qarşı hərəkətə keçir. Stress bu vəziyyəti daha da ağırlaşdırır. Qonxunc hadisələr və streslər yaşayan insanların birdən saçının ağarması bununla bağlı ola bilər.

Alimlərin fikrincə, şoka düşən insanda saçın qəfil ağarması mümkündür. Bəzən isə şok keçəlləşməyə, saçın topa ilə tökülməsinə səbəb olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR