Rusiyanın Volqoqrad vilayətində polisə rüşvət vermək üstündə tutulan azərbaycanlıların işi məhkəməyə göndərilib.

ANS PRESS-in məlumatına görə, yolka ticarəti ilə məşğul olmaq istəyən Azərbaycan vətəndaşları 2014-cü ilin dekabr ayının 19-da həbs olunublar.

Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə vilayətin Traktorozavodsk rayonunda baş verib. Yolka satışı ilə məşğul olmaq istəyən azərbaycanlılar fərdi sahibkar kimi qeydiyyatdan keçmədiklərinə görə, bu işi qeyri-rəsmi yolla həyata keçirmək istəyiblər.

19 dekabrda onla rayon polis şöbəsinin rəis müavinin yanına gediblər və qanunsuz fəaliyyət üçün icazə müqabilində ona 4 min rubl (80 dollar) rüşvət təklif ediblər. Polis əməkdaşı rüşvətdən imtina etdikdə, azərbaycanlılar pulu masanın üzərinə qoyublar. Həmin dəqiqə əməliyyatçılar onu həbs edib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Mənbə
ANS PRESS