"Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar"

"Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar"
12:57 20 Yanvar 2018
32 Ölkə
Ölkə mətbuatı
A- A+

"28 il bundan əvvəl Bakıda tarixin ən qanlı faciələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq keçib. Biz bu acını ürəyimizdə hiss edirik". 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.  

Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər: "Onlar Azərbaycanın müstəqilliyinin yolunu açdılar. 20 Yanvar tarixində insanlığa qarşı günah işlənib. Üzərimizə düşən məsuliyyət onların xatirəsini yad etmək, keçmişdən dərs alaraq bu hadisələrin təkrarlanmaması üçün çalışmaqdır. Yəni, düşmənlərimizin qarşısında hər zaman güclü olmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/618310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR