“Azəriqaz” ötən il qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 4 575 texniki şərt verib

“Azəriqaz” ötən il qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 4 575 texniki şərt verib
13:07 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini davam etdirib və fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4 575 ədəd texniki şərt verilib.
“Report” xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 110 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanıb.
“Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülüb. Ötən il ərzində “Azəriqaz” İB-nin Layihə- Konstruktor Bürosu tərəfindən 5 391 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilib ki, bunun da 264 kənd və qəsəbələrin qazlaşdırılması, 549 obyektlərin təmiri, 4575 sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 3 inzibati binalar, anbar binaları və s. tikinti işləri üzrədir”,-Birliyin baş direktoru qeyd edib.
O, həmçinin bildirib ki, 2017-ci il ərzində 184 ədəd fiziki və hüquqi şəxslərin müraciətləri əsasında hazırlanan qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb:“Bundan başqa, ötən il 495 ədəd Birliyin sifarişi ilə hazırlanmış layihə-smeta sənədi razılaşdırılıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-oten-il-qeyri-yasayis-sahelerinin-qazlasdirilmasi-ucun-4-575-texniki-sert-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR