Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub
15:47 23 Yanvar 2018
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin İntizam komissiyasının yeni tərkibi məlum olub.
“Report”un xəbərinə görə, İntizam komissiyasının yeni tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.
Parlamentin Hesablayıcı komissiyasının tərkibi də yenidən formalaşdırılacaq. Komissiyanın tərkibinə deputat Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilir.
İntizam komissiyası və Hesablayıcı komissiyanın tərkibi dəyişdirilməyəcək.
Layihələr Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirəyə çıxarılacaq, komissiyaların yeni tərkiblərinin təsdiqlənəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/milli-meclisin-i-ntizam-komissiyasinin-yeni-terkibi-melum

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR