“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
O bildirib ki, Azərbaycanda uzun illərdir, stabillik mövcuddur: “Ölkədə əmin-amanlıq var. Bu, seçkiyə də öz təsirini göstərir. Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin”.
F.Abdullayev qeyd edib ki, seçki dövlətin imicinə təsir göstərir: “Bu baxımdan Azərbaycan dövləti də bu prosesə böyük önəm verir. Ölkədə seçki qanunvericiliyi seçkilərin şəffaf keçirilməsi üçün əsas yaradır”.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.