Azərbaycan Dağlıq Qarabağ separatçılarının liderinin ABŞ-a səfəri ilə əlaqədar bu ölkəyə nota verib. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. "Zeytun Budağı" hərəkatı çərçivəsində 3-cü mərhələ - Afrin şəhərinin mühasirəsi başlayıb. Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. ABŞ-ın dövlət katibi Reks Tillerson istefaya göndərilib. ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur. Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsi Rusiyaya yeni hücumlara gətirib çıxarıb. ABŞ Avropadakı daimi hərbi kontingentinin sayını artırmaq niyyətindədir.

Azərbaycan, Dağlıq Qarabağ

12-17 mart tarixlərində Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir.

​​​​​​​İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI, yeni cəbhədə MÜHARİBƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Ordumuz 25 min əsgərlə hərəkətə keçdi - İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI