Cocuq Mərcanlıda birinci ödəniş terminalı

“Komtec” şirkəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci “MilliÖN” ödəniş terminalını quraşdırır.

Bu barədə Metbuat.az-a şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, terminalın istifadəyə verilməsi martın 20-də baş tutacaq:

“Bu, kənddə quraşdırılan birinci ödəniş terminalı olacaq və əhalinin kommunal və digər ödənişlərini asanlaşdıracaq. Gələcəkdə bu terminalların sayının artırılacağı istisna olunmur”.

Qeyd edək ki, “MilliÖN” şəbəkəsi ictimai yerlərdə (biznes mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, ticarət mərkəzləri) quraşdırılan beş minə yaxın terminaldan ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR