Şəkidə 31 yaşlı qadın doğuşdan sonra öldü

Şəki Regional Perinatal Mərkəzində ölüm hadisəsi baş verib.

Metbuat.az azvision-a istinadən xəbər verir ki, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunaraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonra səhhəti pisləşən T.Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq, 31 mart 2018-ci il tarixdə dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR