21 saylı Nəsimi I seçki dairəsinin seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur - FOTO

21 saylı Nəsimi I seçki dairəsinin seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur - FOTO
11:05 11 Aprel 2018
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 11-də səhər saat 8:00-dan etibarən 21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.

21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının sədri Çingiz Dadaşov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 29 daimi seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib və səsvermədə yüksək fəallıq nümayiş olunur. Seçki məntəqələrinə gələnlər arasında ilk dəfə səs verən gənclər də vardır. Onlar müstəqil respublikamızın işıqlı gələcəyinə ilk dəfə səs vermələrindən qürur hissi duyduqlarını bildirirlər.

Dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Bundan başqa, 3 məntəqədə Mərkəzi Seçki Komissiyası tərəfindən əlil arabası ilə hərəkət edən seçicilər üçün panduslar quraşdırılıb.

Seçicilər məntəqələrə axın-axın gələrək, növbəti 7 il üçün prezident görmək istədikləri namizədə azad və sərbəst şəkildə səs verirlər.

Dairə üzrə seçkiləri izləmək üçün 400-dən çox yerli və xarici müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq və yerli müşahidəçilər seçkilərin gedişindən razılıq edir, heç bir qanun pozuntusunun olmadığını bildirirlər.

Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR