AVCİYA: "Azərbaycanda prezidenti seçkiləri demokratik, şəffaf və ədalətli keçib"

AVCİYA: "Azərbaycanda prezidenti seçkiləri demokratik, şəffaf və ədalətli keçib"
20:42 11 Aprel 2018
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 4 min müşahidəçi ilə Azərbaycanda prezident seçkilərinin monitorinqini təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, monitorinqin nəticəsinə əsasən, səsvermə prosesində hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Qeyd olunur ki, səsvermə prosesi vaxtında, saat 19:00-da qanuna uyğun olaraq başa çatıb. Səslərin sayılması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilib, müşahidəçilərin bu prosesi izləməsinə tam şərait yaradılıb.

Seçki günü ölkə üzrə seçici fəallığı yüksək olub.

AVCİYA aprelin 11-də Azərbaycan prezidenti seçkilərinin Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq demokratik, şəffaf və ədalətli keçdiyini bildirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR