Bu səfər münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq

Bu səfər münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq
07:05 26 Aprel 2018
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bunu İlham Əliyevin 7 illik prezidentlik dövrünün çox uğurlu başlanğıcı hesab etmək olar. 

"Türkiyə Azərbaycanın xarici siyasətində xüsusi yer tutur, çünki bu bizə qardaş ölkədir. Türkiyə bizim bu günümüzdür, gələcəyə uzanan yolda çox yaxın yol yoldaşımızdır, eyni zamanda inandığımız tərəfdaşdır. Türkiyə ilə bağlı Ulu öndər Heydər Əliyevin dövründə başlanan siyasət indiki prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu səfər də bunu bir daha sübut etdi".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisdə komitə sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsindən sonra ilk xarici səfərini Türkiyəyə etməsini şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, yeni seçilən dövlət və ya hökumət başçıları bir qayda olaraq ilk səfərlərini hansısa ölkəyə etməklə özünün prioritetini və müttəfiqlik münasibətlərini ortaya qoyurlar. Cənab İlham Əliyev üçün isə Türkiyədən başqa ikinci bir seçim, ikinci bir ünvan ola bilməzdi:

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO

   "Bu səfər isə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Prezidentlərin müzakirə edilən bütün məsələlər üzrə ümumi mövqeyinin olması, əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın axtarılması və yeni sənədlərin imzalanması, ümumi maraq doğuran məsələlər barəsində birgə bəyanatla çıxış etmələri bir daha göstərdi ki, Türkiyə-Azərbaycan dostluğu möhkəmdir və əbədidir.
   Türkiyənin  Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanında olması və prezident Rəcəb Tayyib Ərdoğanın "Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək" deməsi Türkiyənin bir müttəfiq, yaxın dost, qardaş ölkə kimi öz vəzifəsini çox şərəflə yerinə yetirdiyini göstərir.  

Aparılan fikir mübadilələri bundan sonra da əməkdaşlığın möhkəmlənməsi və birgə fəaliyyət üçün əsas rol oynayacaq. İmzalanan sənədlər, bağlanan sazişlər münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Hər iki dövlət başçısı cəmiyyətdən gələn çağırışı şərəflə yerinə yetirdilər və bu səfəri cənab İlham Əliyevin bundan sonrakı 7 illik prezidentlik dövrünün çox uğurlu və sevincli başlanğıcı hesab etmək olar". 

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/645539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR