Azərbaycana 27 milyard dollar

Azərbaycana 27 milyard dollar
09:56 12 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olub. Ölkəmiz artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir".

ANS PRESS-in məlumatına görə, bunu Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib. Bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunub. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olub.

"Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artıb. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artıb.

Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artıb".

Nazir qeyd edib ki, ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR