Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
F.Heydərov jurnalistlərə bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyi üçün həlledici gündür.
F.Heydərov Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın
müstəqilliyinin məhv olmaqdan xilas olduğunu vurğulayıb:
“Azərbaycan məhrumiyyətlərdən qurtuldu, uğurlar qazandı. Ölkədə
dövlət strukturları formalaşdı və Azərbaycan dünyada tanındı,
dünyada bir sabitlik adasına çevrildi”.
F.Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu
prezident İlham Əliyev uğurla davam etdirir: “Son prezident
seçkilərində də xalqımız bir daha prezident İlham Əliyevə dəstəyini
nümayiş etdirdi. Bu gün Azərbaycanın taleyi etibarlı əllərdədir”.
(apa)