Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublika Müdafiə Nazirliyinin yaydıığı məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

Qeyd edək ki, hadisə barədə daha erməni KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin pilotsuz uçuş aparatını vurması barədə məlumat yayıblar.

Zabit Əsgərov
Milli.Az