Açıq-saçıq fotoları yayılan Ramina: “Üzünə baxan kimi bilirsən ki, kişidir"

Metbuat.az Yenicag.az-a istinadən cazibədar model və aktrisa Ramina Abbasovanın müsahibəsini təqdim edir:

- Ramina haralardasan, dedilər birdəfəlik xaricə köçmüsən?

- Yox, yalandan xəbərlər yayıblar ki, Ramina Azərbaycandan köçüb. Məni istəməyənlər belə xəbərləri yayırlar. Azərbaycandayam və filmlərə çəkilirəm. "İkili həyat" filmində çəkildim. Sentyabrda Qala gecəsi keçiriləcək.

- Səni daha çox hansı film tanıtdı?

- Komediyalarla tanındım. "Bozbaş pictures"in filmləri ilə məşhurlaşdım.

- Sosial şəbəkədə çox aktivsən. Daha çox nə yazırlar sənə?

- Çox şeylər yazırlar, amma fikir vermirəm. Çünki mən xasiyyətcə davakar adam deyiləm və qalmaqal etməyi xoşlamıram.

- Geyimlərində və davranışında cəmiyyəti nəzərə alırsan?

- Qətiyyən. Mənim öz stilim və həyata baxışım var. Çox tənqid edirlər, amma artıq öyrəncəliyəm. Kim məni bəyənir, kim bəyənmir, bu, məni heç maraqlandırmır. Çünki hərənin öz fikri var.

- Komplimentlər çox olur?

- Həddən artıq. Yazırlar ki, qəşəng qızsan, "barbi"lərə oxşayırsan. Orta məktəb və universitetdə oxuyan qızlar da özlərini mənə oxşadır, mənim kimi bəzənirlər.

- Hansı kişi tiplərinə üstünlük verirsən: yaraşıqlı, xarizmatik, yoxsa mərd?

- Sözünün üstündə duran kişiləri. Hesab edirəm ki, əgər kişi bir sözü dedisə, əməl etməlidir.

- Bəs görünüş?

- İspan tipli oğlanları xoşlayıram. Enrike İqlesias, Mario Kasas kimi kişiləri xoşlayıram. Üzünə baxan kimi bilirsən ki, kişidir.

- Müasir oğlanlarda hansı xüsusiyyət səni qıcıqlandırır?

- Deyirlər əşşi, hər yer qızla doludur, bu gün bununla sevgili olum, sabah başqasıyla. Vaxt keçirməyi daha çox xoşlayırlar.

- Sənin də sevgilin elədir?

- Çoxdandır sevgilim yoxdur, təkəm, belə rahatam.

- Ən çəkilməz, "ifritə" xüsusiyyətin hansıdır?

- İfritə ona deyərəm ki, kişiləri əlində fırladır, kişi onun üçün hər şeyi edir.

- Qəlbini ovlamaq asandır?

- Bilmirəm.

- Karyeranı ailəyə dəyişərsən?

- Yox, belə öyrəşmişəm. Karyeramda nə istəyirəm, onu da edirəm. 26 yaşım var. Dəyişən deyiləm. Balaca uşaq deyiləm ki, fikrimi tez-tez dəyişim. Məni sevən belə qəbul etməlidir.

- Kiminsə məşuqəsi olarsan?

- Evli kişinin sevgilisi olmaram.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR