Millət vəkili Aydın Mirzəzadə tanınmış aparıcı Hacı Nuranı xəstəxanada ziyarət edib.

Publika.az xəbər verir ki, bununla bağlı millət vəkili sosial şəbəkədəki hesabında paylaşıb.

“Bu gün tanınmış xeyriyyəçi Hacı Nuranı hospitalda ziyarət etdim. Ona möhkəm sağlamlıq arzuladım. Onu görməyə xeyli insan gəlmişdi, palatası gül dəstələri ilə dolu idi. Allah şəfa versin”.

Qeyd edək ki, Hacı Nuran bir neçə gün əvvəl səhhətindəki problemlə bağlı klinikada müayinəyə gedib. Müayinə nəticəsində onun ağciyərində xərçəng aşkarlanıb.