Leysan, dolu, SEL OLACAQ, temperatur enəcək - XƏBƏRDARLIQ

Leysan, dolu, SEL OLACAQ, temperatur enəcək - XƏBƏRDARLIQ
13:08 19 İyul 2018
312 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun 20-dən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 20-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycan rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/247863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR