Fanat.Az xəbər verir ki, məşhur ingilis ailə Viktoriyanın moda firmasının məhsullarının satışını və Devidin görüntü haqqlarına sahib "Beckham Brand Holding"dan 29,9 milyon funt-sterlinq (64,5 milyon manat) qazanıb.
Şirkətin gəlirləri 47,5 milyon funt-sterlinqdən (102,5 milyon manat) 55,7 milyon funt-sterlinqə (120,2 milyon manat) yüksəlib. Şirkətin ortaqlarından olan "Spice Girls" musiqi qurupunun meneceri Simon Fuller də holdinqdən 29,9 milyon funt-sterlinq qazanıb.
Devid Bekhem digər işlərindən əlavə olaraq 26,5 milyon funt-sterlinq (57,2 milyon manat) qazanıb. Viktoriya Bekhem isə lüks geyim markasından 2 milyon funt-sterlinq (4,3 milyon manat) ziyan edib.
Fanat.Az