İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem menecerlik fəaliyyətinə başlayır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bekhem, dostları - Deyv Qardner və Nikola Hausonla birlikdə "Footwork Management Limited" adlı agentlik şirkəti yaradıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bekhemin menecerlik fəaliyyəti çərçivəsində ilk olaraq "Mançester Yunayted"in 17 yaşlı futbolçusu Meyson Qrinvudla əməkdaşlıq edəcəyi gözlənilir.

Bekhem, həm də, 2020-ci ilin yayında MLS-də mübarizə aparacaq "İnter Miami" klubunun prezidentidir.

Milli.Az