Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə səfir tviter hesabında məlumat verib:
"Lüdviqshafenlə 45 ildir qardaşlaşmış Sumqayıt şəhərinə ilk səfərim. Dostluğa çevrilən tərəfdaşlıq. Qonaqpərvərliyə görə icra başçısı Zakir Fərəcova təşəkkür edirəm", - diplomat paylaşımında bildirib.