ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutacaq.
Metbuat.az bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Vaşinqtonda keçiriləcək.
Ermənistanın xarici işlər naziri görüşün bir neçə günə baş tutacağını bildirib. Lakin, dəqiq tarix açıqlanmayıb.