Pakistanın keçmiş baş naziri İmran Xan sui-qəsdə məruz qalıb.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, hadisə Lahor şəhərində etiraz yürüşü zamanı baş verib. 70 yaşlı sabiq baş nazir ayağından yaralanıb.
Hadisə nəticəsində daha dörd nəfərin xəsarət aldığı, ölənin olmadığı qeyd edilib.
Qeyd edək ki, İmran Xan növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə paytaxt İslamabadda yürüşə rəhbərlik edirdi.

