Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşaya səfər edəcək.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev Türkiyənin vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Türkiyənin vitse-prezidenti Fuat Oktayı qəbul edib.