Zəfər Gününün 2-ci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Metbuat.az bu barədə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkim və tibb işçilərinin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb və ruhlarına dualar oxunub.